Modern.az

Kanaldan meyit tapıldı

Kanaldan meyit tapıldı

Aktual

26 Oktyabr 2024, 20:52

Samur-Abşeron su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

 

Modern.az xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir