Modern.az

Şair Elman Tovuz vəfat etdi

Şair Elman Tovuz vəfat etdi

Allah rəhmət eləsi̇n

30 İyul 2024, 17:45

Şair Elman Tovuz dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun dostu Ehtiram İlham sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, 1997-ci ildən yatağa düşən mərhum şair uzun müddətdir əlil arabasına məhkim idi və ağır xəstəlikdən əziyyət çəkirdi.

Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənov) 10 aprel 1961-ci ildə Tovuz rayonunun Şıxheybət kəndində doğulub. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) bitirib. 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasına məhkum idi. 

Şair "Hara gedir bu yol belə?..", "Dünya, məni mənə qaytar", "Dəlir ürəyimi demədiklərim" adlı üç kitabın müəllifidir.

Allah rəhmət eləsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR