ABŞ Türkiyəyə qarşı S-400 raketlərini almasına görə 3 yeni sanksiya paketi tətbiq edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Sanksiyaların iyul ayında qüvvəyə minməsi gözlənilir. Hazırda Dövlət Deparatamenti, Təhlükəsizlik Şurası və Pentaqon sanksiyaların hədəflərini müəyyənləşdirir.
“Yeni sanksiya paketi onsuz da çətin vaxlarını yaşayan Türkiyə iqtisadiyyatını tamamilə silkələyə bilər”- deyə mənbə “Bloomberg”ə bildirib.
Türkiyənin Rusiya ilə əməkdaşlıq edən bir neçə hərbi şirkətinin də bu sanksiyalar altına düşməsi gözlənilir.
Rəsmi Ankara isə S-400 raketlərinin alınması ilə bağlı Moskva ilə əldə etdiyi razılaşmanın heç bir halda pozulmayacağını açıqlayıb.