Modern.az

Zelenski və Zalujni arasında qalmaqal: Baş komandan istefa verəcək?

Zelenski və Zalujni arasında qalmaqal: Baş komandan istefa verəcək?

31 Yanvar 2024, 09:48

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə bağlı müəmma davam edir.

 

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Zalujnını vəzifəsindən azad etməsi barədə xəbərlər yayılıb.

 

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti və Zelenskinin mətbuat katibi Sergey Nikiforov bu məlumatı dərhal təkzib edib. Lakin Qərb mətbuatında, eləcə də yerli KİV-lərdə bir sıra diqqətəlayiq məqalələr dərc olunub. 

 

Yerli "Zerkalo Nedeli" nəşri mənbələrə istinadən yazır ki, Zelenski yanvarın 29-da Zalujnı ilə şəxsən görüşüb və onu istefaya dəvət edib, lakin baş komandan bundan imtina edib.

 

Nəşrin mənbələrinin dediyinə görə, prezident ondan istefa verməsini istəyib, o isə cavabında “kiminlə işləməyə qərar vermək hüququnun ali baş komandana" məxsus olduğunu deyib. Zalujnı istefa ərizəsi yazmaqdan imtina edib və bunu etmək niyyətində olmadığını vurğulayıb..Zalujnıya köməkçi nə ya sadəcə məsləhətçi vəzifələrinin təklif edildiyi iddia edilir.

“The Economist” isə yazır ki, Zelenski Zalujnıya onu işdən çıxarmaq niyyəti barədə məlumat verib. O, Valeri Zalujnıya Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini təklif etsə də, hərbçi bundan imtina edib.

 

Mənbələrin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının potensial istefası silahlı qüvvələrin komandanlığında və ölkənin siyasi rəhbərliyində kadr dəyişiklikləri çərçivəsində planlaşdırılır.

 

Qeyd edək ki, Valeri Zalujnı 27 iyul 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinə rəhbərlik edir. Ötən ilin noyabrında o, cəbhədə vəziyyətin dalana dirəndiyini bildirib. Zelenski isə bununla razılaşmayıb. Daha sonra Ukrayna və Qərb mediası daha sonra prezidentin ofisi ilə ölkənin hərbi rəhbərliyi arasında münaqişənin olduğunu bildirib. Lakin tərəflər bunu təkzib ediblər.

 

"The Economist" jurnalında dərc edilən məqalədə isə deyilir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Zalujnının vəzifəsi təklif edilib. O, “son anda” Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən imtina edib.

Məqalədə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının vəzifədə qalması hələ də “təhlükə” altındadır. "Ola bilsin ki, onun yerinə hələ ki, əvəzedici tapılmayıb", - nəşr yazır. Digər bir mənbənin sözlərinə görə, Zalujnının yerinə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna quru qoşunlarının komandanı Aleksandr Sırskinin də namizədliyi nəzərdən keçirilir.

 

“Financial Times” qəzeti isə yazıb ki, Ukrayna prezidenti Ukrayna Silahlı Qüvvələrinin baş komandanını əvəz etməsi gec-tez baş verəcək. Mənbələr deyir ki, Zalujnının başqa vəzifə təkliflərini qəbul edib-etməməsindən asılı olmayaraq, o hazırkı vəzifəsindən uzaqlaşdırılacaq.

 

Qeyd edək ki, tərəflər arasında səfərbərlik barədə mübahisə yaranıb. Prezidentin komandası orduya çağırış qaydalarını sərtləşdirən qanunu parlamentdən keçirməyə çalışıb. Zelenskinin ofisi qanunun hərbçilərin istəyi ilə qəbul edildiyini bildirib. Zelenski bir müddət yarım milyona qədər insanı hərbi xidmətə çağırmaq planlarından danışıb və belə bir tələbin ordudan gəldiyini qeyd edib.

 

Zalujnı bunu açıq şəkildə rədd edib. Dekabrın 26-da keçirdiyi mətbuat konfransında o deyib ki, Baş Qərargah səfərbərliyin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin təşəbbüskarı deyil. Zalujnın sözlərinə görə, qanun layihəsi Müdafiə Nazirliyi tərəfindən hazırlanıb.

 

"The Economist" yazır ki, Valeri Zalujnının istefası ilə bağlı qalmaqal Ukraynanın maliyyələşdirilməsi ilə bağlı vəziyyəti pisləşdirə bilər, çünki Ukrayna Silahlı Qüvvələrinin komandanı Qərbdə yüksək qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var