Arxiv
6 Yanvar 2012, 11:33 | MEDİA
Vüsalə Mahirqızının “Karyera”sı: “Ona karyera yox, “lotereya” deyərlər...”

Modern.az saytı yenicə başladığı “Karyera” layihəsini davam etdirir. Rubrika üçün tanınmış qadınları xəyalımda bir-bir nəzərdən keçirəndə bir şeyin fərqinə vardım ki, öz karyerasını qura bilmiş, işdə uğur qazanmış xanımlarımız daim müzakirə hədəfidirlər. Kişilərdən fərqli olaraq onların hər bir addımı söz-söhbət mövzusu olur, hər sözü süzgəcdən keçirilir. Xüsusən də mətbuatın içindən çıxıb karyera quranlar öz keçmişləri ilə üz-üzədir, dedi-qodulara həmişə açıqdırlar. Amma vəziyyətdən çıxış yolu da var. Rubrikamızın bu dəfəki qonağı bizə bunun konkret reseptini təqdim edib. Beləliklə, həmsöhbətimiz “Azəri-Press” Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızıdır.     

- Karyera qurmaq, işdə uğur qazanmaq barədə danışanda belə bir məqamı qabardırsınız ki, ailəniz həmin dövrdə imkansız olub və sizin irəliyə getməniz bir məsuliyyət olaraq öz boynunuza düşüb. Bir anlığa təsəvvür edək ki, imkanlı ailədən cıxıb Bakıya üz tutmuşdunuz. Bu halda taleyinizi basqa cür qura bilərdiniz?

- Yəqin çox şey dəyişməzdi. Çətinliklər bir qədər az ola bilərdi. Bir də mən o zaman təhsilin ardınca getməyə, elmi işlə məşğul olmağa daha çox üstünlük verərdim. Hər halda çətinliklər insanı daha mübariz, daha döyüşkən edir. Təminatın insana verdiyi rahatlığı itirməmək üçün yaşayış tərzi ilə həyat şəraitinu təmin etmə uğrunda aparılan mübarizə arasında böyük fərq var. Mən rahatlığımı qoruyub saxlamamışam, yaşamaq üçün həyat şərtlərimi yaratmışam. Amma bütün hallarda jurnalist olardım, bu peşə ilə məşğul olmağa üstünlük verərdim.

- Adətən sizin jurnalistlik fəaliyyətinizdən danışılır. Amma məncə sizin karyera trampliniz siyasət meydanı olub. Yəni AXCP-də də kifayət qədər fəal olmusunuz. Və Qüdrət bəy (BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev) sizin potensialınızı ordakı fəaliyyətinizə görə qiymətləndirib, "Xalq Cəbhəsi”ni sizə etibar edib.

- Mən siyasətdə çox da fəal olmamışam, çox az müddət AXCP-nin sıravi üzvü olmuşam. Qüdrət bəy məni “Bu gün” qəzetinin redaktoru kimi tanıyıb və öz qəzetinəə dəvət edib. Özümü heç vaxt siyasətdə hesab eləməmişəm. Heç bundan sonra da belə bir iddiam yoxdur. Mən Azərbaycanda media adamı olaraq qalmaq və çalışmaq istəyirəm. Olanlara şükür.

- Müsahibələrinizdə “Xalq Cəbhəsi” qəzetindən getməyinizin səbəbini texniki məsələ ilə bağlamısınız. Amma hec kəsə sirr deyil ki, siz orda olanda ətrafınızda ciddi intriqalar yaradılmışdı. Sanki kişilər sizi o postda görmək, qəbul etmək istəmirdilər. Bəlkə səbəb bu olub?  

- Keçmişi keçmişdə buraxmağın tərəfdarıyam. Mən “Xalq Cəbhəsi” qəzetindən gedəndən də sonra böyük uğurlar qazandığım uçun keçmişin nostaljisi ilə yaşamıram. Qəzetlə, onun rəhbərliyi ilə çox yaxşı, dostcasına münasibətlərimiz var. Bir də siz dediyiniz kimi, bəzi məsələlər heç kimə sirr deyilsə, daha hamının bildiyini niyə danışaq?

- Ümumiyyətlə, Azərbaycanda kişilərin qadınları qabağa buraxmaq istəmədiklərini hiss edirsinizmi?

- Bu təkcə bizdə yox, dünyada problemdir. Ona görə də Avropa da, ABŞ da gender problemini danışır. Azərbaycanda da bir çox məqamlarda belə problem var. Bizdə uğursuz qadınlar uğursuz kişilərdən daha çox müzakirə olunur və sanki “nümunələşdirilir”. Bəzən işin öhdəsindən gələ bilməyən bir xanımı hansısa bir yerə təyin edir, seçirlər, sonra da deyirlər ki, “bax, gördünüzmü, qadın bu işi bacarmadı”. Daha demirlər ki, həmin vəzifənin öhdəsindən gələ bilməyən kişilər də çoxdu. Mənim fikrimcə, cəmiyyətdə irəli getmək üçün qadın-kişi stereotipi yığışdırılmalıdır. İşini bacaran və bacarmayan adamlar var. Amma razıyam ki, bizim cəmiyyətdə qadınla bağlı formalaşmış yanlış stereotiplər var. Onları yavaş-yavaş dağıtmaq lazımdı.

- Azərbaycanda karyera qurmağın qadın üçün hansı özəl çətinlikləri var?

 - Bir az dözüm və səbr lazımdı. Bizim cəmiyyətdə karyera qurmaq istəyən qadın qulağını dedi-qodulara bağlamalıdı. Ailə münasibətlərindəki çətinlikləri əvvəlcədən düşünməli və ailə qurarkən də bunu nəzərə almalıdır. Məncə, özəl çətinlik yoxdu. Bu ölkədə hansısa qadının kiminsə irəli çəkilməsinə maneçilik törətməsilə rastlaşmamışam. Sadəcə, qadınla bacara bilməyəndə, ona uduzanda əxlaqına dil uzadırlar. Bizim cəmiyyətdə də əxlaq məsələsi çox həssasdı. Bunu bildikləri üçün uğurlu qadınların əxlaqına, məişətinə dil uzadırlar. Onun da reseptini dedim: qulaqları bağlamaq, vəssalam!

- Qadın karyera qurmaq üçün nələrdən keçməlidir?

- İstər qadın olsun, istər kişi. Məncə, karyera qurmaq istəyən adam rahatlığından, istirahətindən, məişətindən, lazım gələrsə, ailə münasibətlərindən keçməli olur. Mən evdar xanımlar qədər ailəmə, qızıma vaxt ayırdığımı, hər həftə sonunu məişət qayğılarına həsr elədiyimi deyə bilməyəcəm. Ya da komfort içində istirahət etdiyi, sağlığıma, idmana vaxt ayırdığımı da söyləyə bilmirəm. Mən dostlarıma, qohumlarıma, hətta valideynlərimə digər bacı-qardaşım qədər vaxt ayıra bilmirəm. Bizdə bunu anlayışla qarşılayırlar, amma anlayışla qarşılanmayıb problem yaşayanlar da az deyil. Heç təsadüfi deyil ki, uğurlu karyera sahibi olub, iş həyatında çoxlu uğurları olan əksər qadınımız ya ailə həyatı qurmayıb, ya da bu həyat çox az davam edib. Çünki ikisini bir arada davam etdirmək gerçəkdən çətindi, hələ Şərq cəmiyyətində lap çətindi. Ailə qurmamaq, övlad sahibi olmamaq karyera yolunda verilən ən böyük qurbandı.

- Tanınmış qadının ürək sirdaşı, rəfiqəsi ola bilərmi?

- Ola bilər. Amma məncə bu bir nəfər olur. Çünki eyni sirri iki adamla paylaşmaq həmişə təhlükəlidi.

- Ümumiyyətlə, kiminləsə səmimi ola bilirsiniz, yoxsa daim "formada" olmaq lazım gəlir?

- Yalnız Sarayla. Yəni qızımla.

- Karyera qurmaq üçün bu cəhətlərdən hansı məcburidir: yaltaqlıq, biclik, yalan danışmaq... 

- Mən heç birindən keçmədiyim uçun şərh eləyə bilməyəcəm. Mənim prinsipim belədi: bacardığın işlə məşğul ol, uğur özü gələcək.

- Amma Azərbaycan mühitində tanınmış qadın hər şeyin düzünü söyləsə, sadə dillə desək, batar. Bu baxımdan gündə neçə dəfə yalan danışmalı olursunuz?

- Çalışıram yalan danışmayım. Yalan danışmaq lazım olan yerdə susursan, ötüb keçir.

- Sizi az-cox tanıyan birisi kimi deyə bilərəm ki, həyatda cox ağrımısınız. Və ümumiyyətlə ağrıya yaxın insansınız. Bəs sizi nə bərkidib? Nə yumşalda bilər sizi?

- Ağrılar, ittihamlar, böhtanlar, haqsızlıq, haqqın olanı ala bilməmək, dost bildiyin insanlardan xəyanət görmək, bərkimək üçün çoxlu səbəblər var. Və sizə deyim ki, bir çoxlarını sındıra bilən məqamlar məni bərkidir. Yumşalda bilən də nəsə var. Amma onu deməyim, gələcəkdə rəqiblərimə lazım ola bilər.

- Gözəllik sözünü özünüzə heç vaxt aid etmirsiniz. Bu kompleksdir, yoxsa, prinsip?

- Layiq olduqlarım mənə yetir. Layiq olmadığım nəyimə lazımdı? Mən etiraf olunmaq istəyirəm, kompliment eşitmək yox.

- Doğrudanmı siz sevgi hissinin nə demək olduğunu heç vaxt bilməmisiniz? Yoxsa bu da imicdir?

- İmic deyil, insan sinifdə qaldığı məsələlərdən danışmaq istəmir.

- Bu sualıma görə inciməyin. Həyat yoldaşınızın gözəl insan olduğunu eşitmişəm. Və inanıram ki, kifayət qədər normal həyat sürürsünüz. Amma niyə Vüsalə Mahirqızını, o cümlədən başqa məşhur qadınları Azərbaycan kişisi öz yanında görmək istəməyib?

- Qismət belə alındı. Mənim illah da əcnəbi ilə ailə qurmaq kimi bir prinsipim olmayıb. Sadəcə, tanış olduq, fikir və düşüncələrimiz uyğun gəldi, ən başlıcası isə Edip mənim sənətimi sevir, karyera yolunda irəliləməyimə dəstək verəcəyini vəd elədi. Çox şadam ki, sözünü də tutdu. Elə buna görə də bu evlilik yürüdü. Hər halda mənə Azərbaycandan evlilik təklif eləyən şəxslərin heç biri işimə olan sevgimə belə ürək açıqlığı ilə yanaşmadılar.

- Deyirlər siz kişilərə daha çox etibar edirsiniz. Bu nədən irəli gəlir?

- Mən kişilərə yox, kişilik anlayışının mənasını bilən adamlara etibar eləyirəm. Məncə, biz şərqlilərin təfəkküründəki kişilik anlayışının cinsi yoxdu.

- Kasıblıqdan çoxmu qorxursunuz?

- Qətiyyən. Mən kasıb ailədə böyümüşəm, o həyat tərzini yaşamışam. Həyatın lütf elədiyi heç nədən qorxmuram. İtkidən, kasıblıqdan, yoxluqdan, sevgisizlikdən... Hamısı insan üçündü.

- Bir müsahibənizdə borclu olduğunuz bir nəfərin sizi “yorğanınızı aparacam” deyərək hədələdiyini söyləmisiniz. Yəni söhbət ailənizdən gedir. İndi sizi varlı saymaq olar. Xoşbəxtsinizmi?

- Bəli. Belə bir hadisə olub. Kənddə bir nəfər yaxın qohumumuza borcumuz var idi. Gəldi hay-küylə borcunu istədi, vaxt qoyub dedi ki, axşama qədər borcumuzu verməsək, gəlib yorğanlarımızı aparacaq... Mən xoşbəxtliyimi pulla və mülklərlə ölçmürəm. Bacardığım bir iş, mənə etibar eləyən insanlar, gözəl bir balam var. Buna görə xoşbəxtəm.

- Sentimental, romantik qadın karyera qura bilərmi?

- Məncə romantika praqmatizmə, rasionallığa mane olur. Ona görə də iş adamı kimi romantik adamın uğurunu görə bilmirəm. Bəlkə də bu romantik olmayan birinin subyektiv düşüncəsidi. Amma sentimental adam dəqiq karyera qura bilməz. Çünki karyera ruh, həyat eşqi, gələcəyə baxış tələb eləyir.

- Şir bürcündənsiniz. İlhamə, Flora Kərimova, Sofiya Rotaru, Monika Levinski... Kifayət qədər tanınmış qadınlar çıxıb bu bürcdən. Bu bürcün qadın nümayəndələri karyerist olurlar. Ümumiyyətlə, bürclərə inanırsınızmı?

- Yox, inanmıram. Mənim üçün karyera çox önəmlidi. Amma bunun bürcümlə bağlı olub-olmadığını açığı, heç düşünməmişəm.

 - Sizin ulu baba-nənələrinizdən hansınınsa yəhudi olması barədə də eşitmişəm. Bu iş qurmağınızdan irəli gələn uydurmadır, yoxsa?

- Uydurmadır. Siz bunu ucarlılardan eşidərsiniz. Orda bizim nəslə bəzən “yəhudidən dönmə” deyirlər. Bunun da əsası məncə daha çox tərs olmağımızla bağlıdır. Mənim babam rayonun məşhur müəllimlərindən olub, ondan qiymət almaq çox müşkül iş idi. Onun düz bildiyi məsələdə israr etməsini rayonda hamı bilir. Düzlük, təmizlik məsələsində çox israrlıydı, başını kəssən də  yalan danışmazdı, yalanı bağışlamazdı. Övladlarını da belə öyrətmişdi. Bu da bəzi adamların işinə yaramadığı üçün hirslə deyirdilər ki, bunlar “yəhudidən dönmədirlər”. Xüsusi olaraq şəcərəmizi araşdırmamışam, amma yəhudi bir əslim olduğuna inanmıram.

- Çoxları inad edir ki, qadın karyera qurmaq üçün mütləq haradasa "nələrdənsə" keçməlidir? Siz necə düşünürsünüz?

- “Nələrdənsə” keçən qadınların karyerası “nələrinsə” ömrü qədər olur. Ona karyera demirlər, “lotereya” deyirlər.




Qızılgül Abdinova

***
digər məqalələr:

Yaqub Məmmədovun “Karyera”sı: “Qoşa qanad kimi irəlilədim, uğur qazandım...”
http://modern.az/articles/19777/1/

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14