Modern.az

Türkiyə polisi daha 7 hərbçini saxlayıb

Türkiyə polisi daha 7 hərbçini saxlayıb

Aktual

17 İyul 2016, 23:54

Xüsusi təyinatlıların köməyi ilə Türkiyə polisi Konyada aviabazada əməliyyat keçirib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində hərbi çevrilişə cəhddə şübhəli bilinən 7 nəfər saxlanılıb.

Əməliyyatda 500 polis əməkdaşı iştirak edib. Əməliyyat zamanı hərbçilər müqavimət göstərməyib.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı