Modern.az

Binali Yıldırım Güləndən DANIŞDI və ABŞ-ı ittiham etdi

Binali Yıldırım Güləndən DANIŞDI və ABŞ-ı ittiham etdi

Aktual

19 İyul 2016, 13:47

"Türkiyə Ədliyyə Nazirliyi Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a 4 dəfə müraciət edib".

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

Onun sözlərinə görə, Türkiyə ABŞ-a gedib, zəruri sənədləri göndəriblər.

 

“Ancaq bizdən sübut istəyirlər. Biz onlara istədikləri qədər dəlil təqdim edəcəyik. Siz 11 sentyabrda əkiz qüllələr vurulanda terrorçuları tələb edərkən dəlilmi istədiniz? Niyə Ben Laden üçün sübut axtarmazkən Fətullah terror təşkilatı üçün sübut istəyirsiniz? Bu canini, xaini artıq qorumayın".

 

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı