Türkiyədə dövlət çevrilişinə cəhd zamanı vətəndaşların reaksiyası hələ də müzakirə olunmaqdadır. Sadə vətəndaşlar arasında heç nədən qorxmadan özünü tankın altına atanlar da olub. Modern.az saytı xəbər verir ki, bu günlərdə həmin hadisələri əks etdirən daha bir video yayılıb. Videodan məlum olur ki, həmin gecə bir vətəndaş özünü 2 tankın altına atıb.
Ankarada görüntülənən videodan aydın olur ki, bir vətəndaş yola çıxaraq tankı durdurmağa çalışır. Tank da hərəkətini saxlamağa çalışsa da bu, alınmır və vətəndaşın üstündən keçir. Heç bir xəsarət almayan şəxs yenidən qalxaraq növbəti tankı saxlamaq istəyir. Bu dəfə isə tankı idarə edən şəxs düşünmədən vətəndaşın üstündən keçərək onu yaralayır.
Modern.az həmin videonu təqdim edir:
Modern.az