Modern.az

Qızmar hava şəraiti davam edəcək

Qızmar hava şəraiti davam edəcək

Aktual

7 Avqust 2016, 13:19

Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına

verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757 mm  civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək.

             

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı