Modern.az

Boksçumuz Olimpiadada dörddəbir finala çıxıb

Boksçumuz Olimpiadada dörddəbir finala çıxıb

Aktual

12 Avqust 2016, 09:21

Azərbaycan boksçusu Teymur Məmmədovun “Rio Olimpiadası”nda keçirdiyi ikinci görüşü qələbə ilə başa vurub.

Modern.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz səkkizdəbir final mərhələsində hollandiyalı Peter Müllenberqi 3:0 hesabı ilə məğlub edib.

İndi o, dörddəbir final mərhələsində yarışacaq.

Azərbaycan yığması Braziliyada keçirilən Yay Olimpiadasında 10 kişi, 1 qadın boksçu ilə təmsil olunurdu.
Boksçulardan Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (56 kq), Abdulqadir Abdullayev (91 kq) və Pərviz Bağırov mübarizəni dayandırıb. Olimpiadada keçirdikləri ilk görüşlərində qələbə qazanan Kamran Şahsuvarlı (75 kq), Albert Səlimov (60 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Lorenso Sotomayor (64 kq) isə çıxışlarını davam etdirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı