Modern.az

Ermənilər İrana vizasız getməyə başladılar

Ermənilər İrana vizasız getməyə başladılar

Aktual

12 Avqust 2016, 10:04

Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair memorandumun tətbiqinə başlanılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənustan KİV-i məlumat yayıb.

Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) iki ölkə arasındakı qarşılıqlı bu prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.

Ermənistan XİN-in məlumatında bildirilir ki, memoranduma görə, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı