Krımda son günlərdə baş verən hadisələrdən sonra Rusiya ilə Ukrayna arasında gərginlik daha da artıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Poroşenko ölkənin bütün təhlükəsizlik qüvvələrinə Müdafiə nazirliyinə, Milli Qvardiya birliyinə, Sərhəd qüvvələrinə və Kəşfiyyat xidmətinə döyüş hazırlığının artırılması tapşırığı verib. Poroşenkonun açıqlamasının ardından Rusiya, Ukrayna sərhədinə hərbiçilərin yerləşdirməyə başlayıb.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin axşam saatlarında Təhlükəsizlik Şurasını toplayıb. Kremildən verilən məlumata görə, iclasda Krımda xalqın və həyati əhəmiyyətə malik yerlərin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər həyata keçirilməsi məsələlərinin müzakirə olunduğu bildirilib.
Mirmahmud KAZIMOĞLU