Modern.az

Nazirlik əlilləri istirahətə göndərdi

Nazirlik əlilləri istirahətə göndərdi

Aktual

12 Avqust 2016, 10:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işləri davam etdirilir. Nazirlikdaha 30 nəfər əlilliyi olan şəxsi Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərib.

 

 

İstirahətə yola salınan əlilliyi olan şəxslərbütün sahələrdə dövlətin qayğısı ilə əhatə olunmalarından, maddi təminatlarının gücləndirilməsi, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razılıqla bəhs ediblər. Onlar yaz-yay mövsümündə mənalı istirahət etmələri üçün yaradılan şəraitə görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Əlilliyi olan şəxslərin yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və  proqramlar şöbəsinin müdiri Vüqar Behbudov cari ildə nazirlik tərəfindən 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətin təşkil edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Onlardan 760 nəfəri artıq Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilib. Həmin şəxslərin qeyd olunan rayonlardakıistirahət və sağlamlıq mərkəzlərinə aparılması və istirahət müddəti başa çatdıqdan sonra geri qaytarılmasıxüsusi nəqliyyat vasitəsi iləyerinə yetirilir”.

 

 

V.Behbudov bu tədbirlərin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirildiyini qeyd edib. O bildirib ki, Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyasına, onların reabilitasiya potensiallarının reallaşdırılmasına, yaradıcılıq imkanlarının dəstəklənməsinə, sosial-məişət problemlərinin həllinə, sosial xidmətlərlə təminatına və s. yönələn tədbirlər əksini tapır və həmin istiqamətlərin hər biri üzrə konkret işlər görülür.

 

 

Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı