Modern.az

Hakan Şükür barədəsində həbs qərarı çıxarıldı 

Hakan Şükür barədəsində həbs qərarı çıxarıldı 

Aktual

12 Avqust 2016, 11:00

Türkiyə milli yığması və “Qalatasaray” klubunun keçmiş məşhur futbolçusu olmuş Hakan Şükür və atası Semet Şükürun həbs olunması barədə qərar qəbul olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, ata və oğulun həbs qərarını Sakarya Baş Prokurorluğu Fətullahçılarla bağlı aparılan istintaqa görə verib.

 

Belə ki, hazırda ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükürün Fətullah Gülən şəbəkəsi ilə sıx bağlı olması haqqında Türkiyə hüquq mühafizə orqanlarında ciddi faktların olması iddiaları var.

 

 Sakarya Polis İdarəsinin əməkdaşları H. Şükürün İstanbuldakı evində axtarış aparıblar.

 

Adapazarında yaşayan və inşaat işləri ilə məşğul olan S. Şükürün də evində axtarış aparılıb.

 

Axtarış zamanı S. Şükür tapılmayıb. H. Şükür haqqında qırmızı bülletenlə saxlama qərarı da veriləcəyi bildirilib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı