Modern.az

“Qabil-90" adlı kitab sərgisi açılıb

“Qabil-90" adlı kitab sərgisi açılıb

Aktual

12 Avqust 2016, 11:15

Bu gün çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Qabilin 90 illlik yubileyi qeyd olunur.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri bu gün də maraqla oxunur.

Onun məşhur “Ümid sənədir ancaq, Azərbaycan əsgəri”, “Səhv düşəndə yerimiz” kimi şeirləri nəsillər dəyişsə belə, yəqin ki heç vaxt unudulmayacaq.

Yubiley günü ərəfəsində mərhum Xalq şairi ilə bağlı müxtəlif tədbirlər keçirlir.

Modern.az-ın məlumatına görə, avqustun 11-də Milli Kitabxanada Qabilin 90 illiyi münasibətilə “Qabil-90” adlı kitab sərgisi də açılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı