Dünən axşam saatlarında Bakının məşhur “Dağüstü Park Cafe” də mürrəbənin içindən tarakan çıxıb.
Bu barədə məlumatı Modern.az saytının hadisə yerində olan əməkdaşı verib. Mürəbbənin içində tarakanı görən müştərilər restoran sahibini stola dəvət ediblər.
Ancaq restoran sahibini görən olmayıb. Ofsiant stola yaxınlaşıb və bildirib ki, mürəbbənin içindəki tarakan deyil, böcəkdir. Uzun mübahisədən sonra restoran işçiləri günahı onlara mürəbbə satan şirkətin üzərinə qoyublar.
Eyni zamanda daha bir problem də yaşanıb. Müştərilərlə kobud davrandığına görə ailələri ilə birlikdə burada çay içən gənclərlə restoran heyəti üz-üzə gəlib. Hər iki hadisə müştərilərin təmkini hesabına insidentsiz ötüşüb.
Modern.az