Modern.az

Babadağda köməksiz qalan 2 nəfər xilas edildi

Babadağda köməksiz qalan 2 nəfər xilas edildi

Aktual

12 Avqust 2016, 13:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 11 avqust 2016-cı il saat 14.06-da İsmayıllı rayonu, Burovdal kəndi istiqamətində, Babadağ adlanan ərazisində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Nazirliyin Şimal qərb Regional Mərkəzinin əraziyə cəlb olunan xilasedici heyəti - mayor Qasımov Səfixan Səftər oğlu, baş çavuş Kərimov Elşad Məhəmməd oğlu, baş çavuş Ağayev Xəyal Sracəddin oğlu, çavuş Xəlilli Vilayət Fazil oğlu, çavuş Ədilov Valeh Əliabbas oğlu və yerli sakin Ağayev Ağəmi Zənnic oğlunun gecə saatlarında 6 saat 30 dəqiqə sürən səyləri nəticəsində vətəndaşlar mürəkkəb relyefli dağ massivində tapılıb və təhlükəsiz əraziyə təxliyə ediliblər.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı