Modern.az

Lənkəranda baş verən yanğında 1 nəfər öldü

Lənkəranda baş verən yanğında 1 nəfər öldü

Aktual

12 Avqust 2016, 16:16

Lənkəran şəhərində evin yanması nəticəsində 1 nəfər həyatını itirib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, bu gün Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 m2 olan  2 otaqlı və ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 90 m2 evdə yanğın baş verib.

 

Yanğın nəticəsində ev əşyaları  ilə birlikdə yanaraq kül olub. Qonşu evin dam örtüyünün isə 2 kvadrat metr hissəsi yanıb.

 

Dərhal FHN-nin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğın kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kifayət Sabir qızı Nəsirovanın  cəsədi  yanğınsöndürənlər tərəfindən aşkar edilib.

 

Yanğınsöndürənlərin əməyi nəticəsində yaxınlıqda yerləşən digər tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın saat 06:27-də söndürülüb.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı