Modern.az

Magistraturanın boş yerlərinə daxil olanlara XƏBƏRDARLIQ

Magistraturanın boş yerlərinə daxil olanlara XƏBƏRDARLIQ

Aktual

16 Avqust 2016, 17:45

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademiyanın magistraturasının boş qalan plan yerlərinə qəbul olunanlara müraciət edib. 

Bu barədə Modern.az-a AMEA-nın mətbuat xidmətindən verilib.

Məlumata görə, AMEA-nın magistraturasının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan avqustun 25-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) AMEA prezidentinin adına ərizə, şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssisəsini bitirmək haqqında arayış təqdim etməlidirlər) və 3x4 sm ölçüdə yeni çəkilmiş 4 ədəd fotoşəkili təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər.

 Bildirilib ki, yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...