Modern.az

Azərbaycanda 210 Almaniya şirkəti fəaliyyət göstərir

Azərbaycanda 210 Almaniya şirkəti fəaliyyət göstərir

Ölkə

Bu gün, 11:10

Azərbaycan və Almaniya ikitərəfli münasibətlərin strateji gündəliyinə dair birgə bəyanat qəbul ediblər.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

Bayramov bildirib ki, görüşlərdə Azərbaycan–Almaniya əlaqələri, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı, Cənubi Qafqazdakı vəziyyət və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunub.

Nazirin sözlərinə görə, iki ölkə arasında imzalanmış 80 sənəd qüvvədədir, daha 10 sənəd üzərində isə iş davam edir.

C. Bayramov qeyd edib ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi təxminən 1 milyard dollar olub. Azərbaycanda qeydiyyatdan keçmiş 280 Almaniya şirkətindən 210-u fəaliyyət göstərir.

Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 950 milyon dollara yaxındır. Azərbaycanın Almaniyaya yatırdığı investisiyalar isə 670 milyon dolları ötüb. Nazir qarşılıqlı investisiyaların böyük hissəsinin qeyri-neft sektoruna yönəldildiyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?