Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsi müzakirə edilib. Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək. Avqustun 23-24-də nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Modern.az