Modern.az

Bu ilin iyulu 136 ildə ən isti ay olub

Bu ilin iyulu 136 ildə ən isti ay olub

Aktual

16 Avqust 2016, 22:06

NASA-nın məlumatına görə, bu ilin iyul ayı meteoroloji müşahidələrin bütün tarixi ərzində, yəni son 136 ildə dünyanın ən isti ayı olub. Modern.az saytı xəbər verir ki, Azərtac-ın məlumatına görə, ötən ay orta temperatur rekord göstəricilərin qeydə alındığı 2011-ci və 2015-ci illərin iyul ayları ilə müqayisədə 0,18 dərəcə yüksək olub.

 

2009-cu ilin iyulu və 2014-cü ilin avqustu da meteoroloji müşahidələrin aparıldığı müddətdə qeydə alınmış beş ən isti ay sırasındadır. Belə çıxır, son illərdə daim rekord göstəricilər qeydə alınır. Alimlərin çoxu planetdə istilənmənin səbəbini parnik qazlarında görür.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır