Omsk vilayətinin 22 yaşlı sakinnə qarşıi yol polisi əməkdaşına rüşvət verməyə cəhdə görə cinayət işi qaldırılıb.
İstintaq müəyyən edib ki, gənclər istirahət günlərini İrtış çayının sahilində keçiriblər. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, spirtli içkiləri qurtaranda onlar mağazaya yollanıblar, ancaq yolda polislər saxlayaraq adminstrativ qayda pozuntusuna görə protokol tərtib ediblər.
Həftənin birinci günü sahibi avtomobili cərimə meydançasından götürəndə onun dostu dövlət yol polisinin rayon şöbəsinin rəisi ilə işin məhkəməyə göndərilməməsi haqda razılığa gəlib. Polis gəncə rüşvətxorluğa görə məsuliyyət barədə xəbərdarlıq edib. Lakin o, xəbərdarlığı vecinə almayıb və banklardan birindən 100 min rubl məbləğində kredit götürərək pulu polis əməkdaşına ötürməyə cəhd edib.
Polis rüşvəti götürmədiyindən cinayət sona qədər başa çatdırılmayıb. Nəticədə 22 yaşlı gənc barəsində cinayət işi açılıb.
Modern.az