Avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rərmi nikah münasibətlərində olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib, cəsədini isə həyətində basdırıb.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.
Araşdırma aparılır.
Modern.az