Modern.az

Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Təmas xəttindəki monitorinq insidentsiz başa çatıb

Aktual

17 Avqust 2016, 12:57

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 17-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Ağstafa rayonunun Tatlı kəndi sahəsində qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Xatırladaq ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı