Modern.az

Gəncədə ər arvadını öldürüb, baldızını yaralayıb - YENİLƏNİB

Gəncədə ər arvadını öldürüb, baldızını yaralayıb - YENİLƏNİB

Aktual

17 Avqust 2016, 14:11

Gəncədə ər arvadını qətlə yetirib, baldızına isə bıçaq xəsarətləri yetirib.

 

APA-nın məlumatına görə, şəhərin Cavad xan qəsəbəsində baş verən ailə münaqişəsi zəminində Ruslan adlı şəxs arvadı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı və baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

 

Hər iki qadın xəstəxanaya çatdırılsa da, M. Vəliyevanı xilas etmək mümkün olmayıb.

 

Naibə Vəliyevaya tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Cinayəti törədən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı