Modern.az

Taekvondoçumuz Olimpiadada uduzdu

Taekvondoçumuz Olimpiadada uduzdu

Aktual

17 Avqust 2016, 17:31

Avqustun 17-də Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Patimat Abakarova uğursuz çıxış edib.

Modern.az xəbər verir ki, 49 kq çəki dərəcəsində yarışan P.Abakarova 1/8 finalda serbiyalı Tiyana Boqdanoviçlə qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə məğlub olan P.Abakarovanın sonrakı çıxışları rəqibinin finala çıxmasından asılı olacaq. Belə olduqda taekvondoçumuz təsəlliverici görüşlərə çıxacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı