Braziliyadakı “Rio-Olimpiadası”nda iki qadın güləşçimiz yarışlara qələbə ilə başlayıb.
Modern.az xəbər verir ki, yarışda 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç səkkizdəbir finalda Ukrayna təmsilçisi Oksana Herhelə qalib gələrək, dörddə bir finala yüksəlib.
Digər qadın güləşçimiz Mariya Stadnik də yarışlara qələbə ilə başlayıb. O, ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudesə10:0 hesabı ilə qalib gələrək, dörddəbir finala çıxıb.