Braziliyada keçirilən Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 5 idmançısı çıxış edəcək.
Modern.az Azərbaycan idmançılarının bu günkü çıxış təqvimini təqdim edir:
1.Kanoeçi Valentin Demyanenko (33 yaş)
Saat 16:23 (Bakı vaxtı ilə)
1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə
Rəqibləri- çinli Qianq Li, ispaniyalı Alfonso Benavides Lopes de Ayala, fransalı Tomas Simar, gürcüstanlı Zaza Nadiradze, braziliyalı İsakias Keyruş dos Santos, Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Yuri Çeban.
2.Kayakçı İnna Osipenko-Radomskaya
Saat 17:11 (Bakı vaxtı ilə)
1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə
Rəqibləri - çinli Yu Ju, yeni zelandiyalı Liza Karrinqton, danimarkalı Emma Yorgensen, almaniyalı Frantsişka Veber, belaruslu Marina Litvinçuk, macarıstanlı Danuta Kozak və serbiyalı Dalma Ruziçiç Benedek.
3.Qadın güləşçi Natalya Sinişin (53 kq)
Saat 17:24 (Bakı vaxtı ilə)
Rəqibi- son 3 olimpiadanın qalibi və 13 qat dünya çempionu, yaponiyalı Saori Yoşida
4.Triatlonçu Rostislav Pevtsov
Saat 18:00 (Bakı vaxtı ilə)
5.Boksçu Kamran Şahsuvarlı (75 kq)
Rəqibi-kubalı Arlen Lopes
Saat 22:00 (Bakı vaxtı ilə)
Ağa AKİFOĞLU