Son 4 ay ərzində Ermənistan Silahlı Qüvvələrinin 94 hərbçisi əlil statusu alıb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Həkim-Sosial Ekspert Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycanın işğal altında olan torpaqlarındakı aprel döyüşlərindən sonra Ermənistan ordusunun 14 hərbçisi əlil olub.
Bu il aprelin 11-dən 9 avqust tarixinədək isə 94 erməni hərbçisi əlil statusu alıb.
Xəbərdə o da bildirilir ki, hazırda əlil statusu almaq üçün müraciət etmiş xeyli hərbçi gözləməkdədir.
Ağa AKİFOĞLU