Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Aktual

18 Avqust 2016, 12:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu yarımadada gecə 22-27, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz  35-37 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz  25-45% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərədə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz  24-29 dərəcə isti olacağı gözlənilir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı