Modern.az

Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir?

Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirilir?

Aktual

18 Avqust 2016, 12:58

Türkiyədə törədilmiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişdiyi bildirilən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.

Modern.az-ın məlumatına görə, bu barədə “Report”a onun yaxınları məlumat verib.

Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.

Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı