Venesuelada hökm sürən genişmiqyaslı iqtisadi böhran səbəbindən bir neçə min insan aclıqla üz-üzə qalıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ümidsizlikdən insanlar zooparkın ərazisinə soxulub yemək əldə etmək üçün heyvanları öldürürlər.
Sonuncu dəfə belə hadisə zamanı cins at qətlə yetirilib. Cinayətkarlar hadisə yerində heyvanın başını və qabıröalarını saxlayıb qalan hissələrini özləri ilə aparıblar.
Qeyd edilir ki, əvvəllər həmin cinayətkarlar Vyetnam donuzunu və qoyunu oğurlayaraq aparıblar.
Zoopark rəhbərliyi daha bir problemi qeyd edib. Bildirilidiyinə görə, maliyyə çatışmazlığından heyvanlar da aclıqdan korluq çəkirlər. məhz bu səbəbdən son bir ildə 50-yə yaxın müxtəliv heyvanın öldüyü vurğulanıb.
Modern.az