Modern.az

BDU-nun Qazax filialı regionun qabaqcıl təhsil müəssisəsinə çevriləcək

BDU-nun Qazax filialı regionun qabaqcıl təhsil müəssisəsinə çevriləcək

Aktual

18 Avqust 2016, 15:21

Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli sərəncamı ilə Bakı Dövlət Universitetinin balansına verilən BDU-nun Qazax filialında rayon rəhbərliyi ilə universitet kollektivinin birgə tədbiri keçirilib. 

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış edərək dövlət başçısının təhsilə, elmə verdiyi önəmdən söz açıb. Bildirib ki, universitetin Qazax filialının qarşısında təhsilin səviyyəsinin artırılması ilə bağlı mühüm vəzifələr qoyulub. Bu öhdəliyin yüksək səviyyədə icrası üçün bütün mümkün variantlar tətbiq ediləcək.

 

Bakı Dövlət Universitetinin tanınmış professor-müəllim heyətinin filiala ezam edilməsi, təhsil ocağının maddi-texniki bazasının daha da gücləndirilməsi, yeni tədris korpusları və yataqxanaların inşa edilməsi də daxil olmaqla, filialın regionda aparıcı təhsil müəssisəsinə çevrilməsi yolunda bütün tutarlı addımlar atılacaq. Məqsəd gələcək nəslin müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssis kimi yetişdirilməsidir.

 

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər regionların sosiad-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışaraq bildirib ki, universitetin Qazax filialı üçün inşa olunacaq yeni tədris korpusları və yataqxanalar rayonumuzun gözəlliyinə əlavə çalarlar qatacaq.

 

BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev dövlət başçısının etimadını doğrultmaq üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı