Fələstinin Rusiyadakı səfiri Nofəl Əbdül Hafiz noybarın 11-də Rusiya baş naziri Dmitri Medvedevin Fələstinə səfər edəcəyini bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunacaq.
“Rusiya baş naziri noybarın 11-də Fələstinə səfər edəcək. O, president Mahmud Abbas və digər rəsmi şəxslərlə Yaxın Şərq münaqişəsinin həllini və ikitərəfli münasibətlərin nizamlanmasını müzakirə edəcəklər”.
2015-ci ilin dekabrında Rusiya Fələstinə 5,3 milyon dollarlıq humanitar yardım göstərmişdi.
Vüqar İSMAYILOV