Modern.az

Daxili orqanında Azərbaycana tiryək keçirən şəxs tutuldu

Daxili orqanında Azərbaycana tiryək keçirən şəxs tutuldu

Aktual

23 Avqust 2016, 12:49

Astara Gömrük İdarəsinin əməkdaşları idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Astara Sərhəd Nəzarət Məntəqəsinin əməkdaşları ilə birlikdə əməliyyat tədbiri keçiriblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əməliyyat tədbiri nəticəsində, İrandan Azərbaycana piyada gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılı və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin daxili orqanında xalis çəkisi 311,46 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı