Modern.az

Rövşən Lənkəranskinin xaç oğulluğu Rusiyadan sürgün olundu

Rövşən Lənkəranskinin xaç oğulluğu Rusiyadan sürgün olundu

Aktual

23 Avqust 2016, 15:10

İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) xaç oğulluğu, kriminal aləmdə “Çia” kıqəbi ilə tanınan Laşa Baratelli bu günlərdə Rusiyadan  məcburi deportasiya olunub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, “qanuni oğru”ları həbsxanaya göndərən hakimiyyət onun nə saxlanılması, nə də hansısa ittiham irəli sürülməsi haqda məlumat yayıb.

Digər məlumata görə, “Çia” “xaç ata”larından birinin öldürüldüyü Türkiyəyə getmək yolunu saxlayır.  Onu Peterburq əməliyyatçıları “qanuni oğru” dostunu xilas etmək üçün düşünülən poetik dramın inişafı zamanı saxlayıblar. Hər şey iyun ayında baş verib.

O zaman şimal paytaxtında can-ciyər dostu kriminal aləmdə “Zura Kaxetinets” kimi məşhur olan Baratelli SerqoTsotsxalaşvili saxlanılıb. O, bundan xəbər tutan kimi bütün gücü ilə dostuna köməyə atılıb. Kişiyana dostluq “Çia”nı Sankt-Peterburq Baş İstintaq İdarəsinin binasına gətirib çıxarıb, orada əməliyyatçılar onu tanıyıblar və miqrasiya rejimini pozduğuna görə saxlanılıb. Onun saxlanılan yoldaşı isə həmin vaxt artıq ptofilaktik söhbətdən sonra buraxılıb.

Barateli və Tsotsxalaşviliyə 2014-cü ildə Rövşən Caniyevə yaxın gürcüstanlı “qanuni oğrular”ın Türkiyədəki “yığıncağında” tac qoyulub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı