Modern.az

Regionlarda  təlim təşkil ediləcək

Regionlarda  təlim təşkil ediləcək

Aktual

31 Avqust 2016, 10:57

Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə“Regionlarda gənclərin Təşəbbüs Qruplarının yaradılması üzrə təlimlər” adlı layihə həyata keçirir. Layihə çərçivəsində müxtəlif regionları təmsil edən 20 gənc seçiləcək və onlara ictimai iştirakçılıq, könüllülük, şəbəkələşmə və vətəndaş fəallığı mövzularında 4 günlük təlim təşkil olunacaq.

Təlimdə vətəndaş cəmiyyətinin əsas ünsürlərindən olan təşəbbüs qruplarının yaradılma məqsədi, fəaliyyət dairəsi, vəzifələri və gənclərin ictimai təşəbbüskarlığının artırılmasındakı rolu haqqında iştirakçılara zəruri məlumatlar veriləcək. Hazırda layihəyə qatılmaq üçün müraciətlər davam edir. Yaxın günlərdə layihənin işçi qrupu tərəfindən seçilmiş iştirakçılar nəticələr haqqında məlumatlandırılacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı