Modern.az

Təyyarələr havada toqquşdu: 5 ölü

Təyyarələr havada toqquşdu: 5 ölü

Aktual

1 Sentyabr 2016, 11:10

ABŞ-ın Alyaska əyalətində iki kiçik təyyarə toqquşub.

 

Modern.az  xarici KİV-nə istinadən xəbər verir ki, içində üç nəfər olan “Cessna 208 Caravan” tipli təyyarə ilə bağlantının kəsilməsinin ardından Alyaska Beynəlxalq mühafizləri bölgədə axtarışa başlayıb.

 

Eyni dəqiqələrdə içərisində 2 nəfərin olduğu “Piper PA-18 Super Cub” tipli təyyarə ilə də əlaqənin kəsilməsindən sonra bu təyyarələrin toqquşması ehtimalını  önə çıxardı.

 

Toqquşan təyyarələrin qalıqları Bethel şəhərinin 100 km şimalında tapıldı. Hadisə yerində aparılan ekspertizada təyyarələrdə olan 5 nəfərin öldüyü bəlli olub.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı