Modern.az

Stüardessanı öpən sərnişin həbsxanaya göndərildi

Stüardessanı öpən sərnişin həbsxanaya göndərildi

Aktual

1 Sentyabr 2016, 16:47

Selfi çəkdirəndə stüardessanı öpən təyyarənin sərnişini 3 ayını həbsxanada keçirəcək.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Dubayın cinayət məhkəməsi bu hökmü 42 yaşlı Tailanda sakini haqda onu seksual hərəkətlərə yol verməkdə təqsirli bilərək elan edib.

 

Günahlandırılan məhkəmədə stüardessanı öpdüyünü etiraf edib, ancaq ona elan olunan maddə üzrə təqsirkar olmadığını deyib.

 

Qalmaqal təyyarə Dar-əs-Salamdan Dubaya uçanda baş verib. ABŞ-dan olan 25 yaşlı stüardessa təyyarə enən kimi bu haqda polisə xəbər verib.

 

Kişi cəzasını çəkəndən sonra deportasiya olunacaq.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı