Modern.az

BakuBus”dan sürücülər üçün YENILIK

BakuBus”dan sürücülər üçün YENILIK

Aktual

1 Sentyabr 2016, 17:10

“BakuBus” sürücülər üçün yaddaş kitabçası hazırlayıb. Bu haqda Modern.az-a məlumat evrən qurumun mətbuat xidmətinin rəhbəri Mansur Piriyev deyib ki, sürücülərin maarifləndirilməsi zəruri hesab olunan məlumatların əks olunduğu “Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb:

“Yaddaş kitabçasında “avtobus sürücüsü” peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “Bakubus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydaları əks olunub.

Bütün bunlarla yanaşı sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb.

“BakuBus” sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra şirkətin bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini burdakı qaydalara əsasən həyata keçirəcək. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq”.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı