Modern.az

Erməni əsgər yoldaşını yük maşını ilə vurub

Erməni əsgər yoldaşını yük maşını ilə vurub

Aktual

1 Sentyabr 2016, 17:11

Ermənistanda “N” saylı hərbi hissənin hərbçisi Qarnik Avetisyanın maşınla vurularaq öldürülməsi faktı üzrə istintaq başa çatıb və iş məhkəməyə göndərilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  məlumatı Ermənistanın Məhkəmə Departamentinin mətbuat xidməti yayıb.

 

Məlumata əsasən, ittiham qərarına görə, əsgər Ayk Arutyunyan aprelin 11-i gündüz saatlarında “Ural 4320” markalı yük maşınının sükanı arxasında olarkən əsgər yoldaşı Qarnik Avetisyanı vurub.

 

Ayk Arutyunyana qarşı Cinayət Məcəlləsinin 377-ci maddəsinin 2-ci bəndi üzrə ittiham irəli sürülüb.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...