“Sergey Markov Azərbaycanın hərbi -psixoloji əhval-ruhiyyəsi ilə terapiya aparır”. Bu sözləri millət vəkili, politoloq Hikmət Babaoğlu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli şəxslərindən sayılan politoloq Sergey Markovun “Vestnik Kavkaza” nəşrinə müsahibəsini Modern.az saytına şərh edərkən deyib.
Hikmət Babaoğlu bildirib ki, Sergey Markov kritik məqamlarda Azərbaycanın ictimai auditoriyasına bir növ onun arzuladığı informasiyaları ötürməklə Azərbaycanın ictimai rəyi ilə manipuliyasiya edir:
“Beləliklə də ictimai şüurda özünün müsbət obrazını yaxud Azərbaycanın dostu obrazını yaradır. Əslində isə Ermənistana lazımi təzyiq göstərib problemi həll edilmə mərhələsinə gətirib çıxarmayan vasitəçi dövlətlərəin autizm - simulyasiya diplomatiyasına yardım etmiş olur . Azərbaycan cəmiyyətində real diplomatik -siyasi əsası olmayan yalançı ümid yaradır. Cox təəssüf ki, olkəmizin bəzi mətbu orqanları da ümumi populizmə qoşularaq Markovun təbliğatçısına çevrilirlər. Düşünürəm ki , bu doğru deyil. Azərbaycanın hərbi psixoloji əhval ruhiyyəsini elə Azərbaycan mediası formalaşdırmalıdır, özu də real və obyektiv əsaslarda”.
Modern.az