Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Suriyadakı son hadisələr və terrorçu qruplarla mübarizədə əməkdaşlıq məsələləri dəyərləndirilib.
Həmçinin Lavrovun, ABŞ ilə əlaqəli müxalif qrupların terrorist qruplardan ayrılmasının lazım olduğunu vurğuladığı bildirilib.
Mirmahmud KAZIMOĞLU