Türkiyədə Fətullah Gülənin 4 milyard dollarlıq daşınmaz əmlakını müsadirə edilib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki bildirib.
O, müsadirə edilmiş əmlakın sayını açıqlayıb:
“Gülənin 2514 daşınmaz əmlakı dövlət hesabına keçib. Fondlar baş idarəsinə 2083 obyekti verilib. Bu mülkün dəyərinin həcmi çox böyükdür. Dövlət xəzinəsinə 2,7 milyard dollar, fondların hesabına da o qədər köçürülüb.
Bundan başqa, daha 1500 daşınmaz əmlak var. Onlar da dövlət hesabına keçəcək. Bütövlükdə obyektlərin dəyəri 4 milyard dollara yaxındır", - deyə, nazir vurğulayıb.
Ağa AKİFOĞLU