Modern.az

Qubadakı sel barədə rəsmi AÇIQLAMA

Qubadakı sel barədə rəsmi AÇIQLAMA

Aktual

2 Sentyabr 2016, 11:53

“Deyildiyi kimi Qubada böyük fəlakət baş verməyib. Sadəcə, qısamüddətli, güclü yağış yağıb”.

Bunu Modern.az-a Quba Rayon İcra Hakimiyyəti başçısının 1-ci müvaini, fövqəladə hallar komissiyasının üzvü Yusif Abidov bildirib.

 

O deyib ki, Xınalıq yolunun 29-cu kilometrliyində körpü laxlayıb:

 

“Bu səbəbdən də gediş-gəliş kəsilib. Hazırda onun bərpası istiqamətində işlər həyata keçirilir. Bundan başqa bir neçə kənddə işıq yoxdur, çünki dirəkləri sel suları yıxıb. Amma indi o da bərpa olunur.

 

Həmçinin Diyarçaydan keçən qaz xəttini də su yuyub, hazırda o da bərpa olunur. Kəndlərdə işıq və qaz verilişində yaranan fasilələr tez bir zamanda aradan qaldırılacaq”.

 

Komissiya sədri deyib ki, rayona ciddi ziyan dəyməyib, insan fəlakəti yoxdur.

 

Gülşən RAUFQIZI

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!