Modern.az

UEFA prezidentliyinə 3 namizəd var

UEFA prezidentliyinə 3 namizəd var

Aktual

2 Sentyabr 2016, 22:37

FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq.

 

Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.

 

Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı