Modern.az

Qəbələdə koməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Qəbələdə koməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib

Aktual

2 Sentyabr 2016, 23:04

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində 3 nəfərin “VAZ” markalı avtomobillə lilə bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Modern.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri “VAZ” markalı avtomobili lildən çıxarıb və vətəndaşları xilas edərək təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər. Əməliyyat saat 21:50-də başa çatıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar