Modern.az

İlham Əliyev kikboksçu Zabit Səmədovla görüşdü

İlham Əliyev kikboksçu Zabit Səmədovla görüşdü

Aktual

3 Sentyabr 2016, 09:51

İlham Əliyev Qroznıda peşəkar kikboksinqçi Zabit Səmdovla görüşüb.

 

Modern.az-ın xəbərinə görə, görüş Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb.

 

Dövlət başçısı Z.Səmədovu qazandığı qələbə münasibətilə təbrik edib.

 

Z.Səmədov görüşlə bağlı özünün rəsmi "Facebook" səhifəsində də yazıb. O, Prezidentlə görüşü vacib hadisə adlandırıb:

 

“Nəhayət ki, mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma,

Prezidentimə, onun müdrik siyasətinə hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacağam”.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı