Modern.az

Özbəkistanın Azərbaycandakı səfirliyinin bayrağı endirildi, xatirə kitabı açıldı

Özbəkistanın Azərbaycandakı səfirliyinin bayrağı endirildi, xatirə kitabı açıldı

Aktual

3 Sentyabr 2016, 10:49

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində səfirlikdə dövlət bayrağı endirilib.

 

Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.

 

Məlumata görə, mərhum prezidentin şərəfinə xatirə kitabı açılacaq.

 

Xatırladaq ki, Özbəkistanda İ.Kərimovun vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub. 

 

Özbəkistan səfirliyi  sentyabrın 6-da Bakıda keçiriləcəyi planlaşdırılan və ölkənin Müstəqillik gününə həsr olunmuş tədbiri də təxirə salıb.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı